Muəllif:

Polad istehsalı sənayenin yeni inkişaf istiqaməti olacaq

Polad istehsalı kompleksi milli sənayenin yeni inkişaf istiqaməti olacaq. Sənaye və enegetika naziri Natiq Əliyevin sözlərinə görə, bütün ölkələrin iqtisadiyyatları böyük strateji müəssisələrə əsaslanır.
«Bu vaxta qədər Azərbaycan iqtisadiyyatı əsasən yüzlərlə xırda və orda müəssisələrin yaradılmasına səbəb olan neft-qaz, energetika sənayesinə əsaslanırdı. Demək olar ki, həm dövlətin, həm xarici investorların iştirakı ilə ölkədə böyük sənaye müəssisələri yox idi», — nazir bildirib.
Əliyevin fikrincə, Azərbaycan poladtökmə sənayesi üçün yaxşı xammal bazasına malikdir. Bundan başqa, bir neçə illər ərzində ölkə poladtökmə müəssisələri və dağ-mədən kombinatlarının iş təcrübəsini toplayıb.
«Ölkədə bu sahənin inkişafı Azərbaycanın gələcəyidir», — deyə nazir
jurnalistlərə açıqlamasında bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 198