Muəllif:

Poçtdan içərisi pulla dolu seyfi oğurladılar

Bakıda poçtdan içərisi pulla dolu seyf oğurlanıb. Hadisə ötən gecə Hövsanda qeydə alınıb. Hövsan qəsəbəsində Azərpoçta məxsus poçt filialına dəmir barmaqlıqları qırmaqla daxil olan naməlum şəxslər oradan içərisi pulla dolu seyfi oğurlayıblar.

Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. İsti izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər – Məhəmməd Əsgərov, Nicat Atababayev, Ziya Badantinov və Sübhan Rüstəmov tutulublar.

Saxlanılan şəxslər hadisədən dərhal sonra seyfi dağıdaraq pulları götürmək istəsələr də buna nail ola bilməyiblər. Oğurlanan seyf Azərpoçta təhvil verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166