Muəllif:

PKK terrorçularına İraqın quzeyində iş və ev veriləcək

İraqın quzeyindəki Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani Türkiyədə təslim olan PKK-çıların hamısının ev və işlə təmin olunacağını vəd edir. «Sabah» qəzetinə istinadən,
Məsud Bərzani bu prosesin uğurla yekunlaşması üçün yardım göstərməyə hazırdır,
təslim olan PKK üzvləri üçün artıq iş yerlərinin yaradılması və onların Ərbil şəhərində normal həyata uyğunlaşmaları üçün işlərə başlanılmışdır.
Qəzetin yazdığına görə, ümumi sayı 2,2 min olan PKK terrorçularının Türkiyə torpaqlarından çıxarılma prosesi iyunun 1-də başlanır və noyabrın sonunadək davam edəcək.

Terrorçuların ölkədən çıxarılması üçün bir sıra marşrutlara cızılır. Əldə edilmiş razılaşmaya əsasən, ilk öncə Hakkari vilayətində və İran və İraq sərhəddində yerləşən terrorçular tərk edəcəklər. Bu ərazilərdə yerləşən 700-dən artıq terrorçu buranı bir həftə ərzində tərk edərək İraqa gedəcəklər.
İkinci mərhələdə terrorçular Hatay, Qazıantep, Qəhramanmaraş, Osmaniyə, Adana və Adıyaman ellərini tərk edəcəklər. 80-ə yaxın terrorçu Türkiyəni 20 gün ərzində tərk edərək Suriyaya, oradan isə İraqa gedəcək.
Van və Şırnak vilayətlərində yerləşən 600-ə yaxın yaraqlı 35 gün ərzində İraqa gedəcək.
Artvin və Ağrı vilayətlərindən olan 60 terrorçu isə Türkiyəni 60 gün ərzində tərk edərək İran ərazisindən İraqa keçəcəklər.
Son mərhələdə isə 400 PKK yaraqlısı Diyarbəkir və Ərzurum ellərini 90 gün ərzində tərk edəcək. Onlar da İraqın şimalında yerləşən Kürd Administrasiyasına gedəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 104