Muəllif: İsmayıl Umudlu
PKK-nın qurucularından biri Parisdə öldürüldü
Yanvarın 9-da gecə PKK terror təşkilatının Parisdəki İnformasiya Bürosuna silahlı basqın olub. “Hürriyet”ə istinadən, basqın zamanı büroda olan 3 qadın öldürülüb. Hadisənin kimlər tərəfindən hansı motivlə törədildiyi bəlli deyil.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar Səkinə Cansız, Leyla Söyləməz və Fidan Doğan adlı PKK təmsilçiləridir. Səkinə Cansızın terror təşkilatının qurucularından biri olduğu bildirilir. Hadisə yerinə gedən polis təhqiqata başlayıb.
Bölüm: Dünya
Oxunma sayı: 108