Muəllif:

Piyadanı vurub qaçan sürücü tapıldı və həbs edildi

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçmış sürücü həbs edilib.
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin Yasamal rayonunda baş verən ağır yol qəzası ilə bağlı yaydığı birgə məlumatda deyilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla bir nəfər piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən qaçmış sürücünün cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

İstintaqla müəyyən edilib ki, fevralın 17-də saat 11:40 radələrində Mirsultanov Mirəli Mirnicat oğlu idarə etdiyi «İsuzu Ecobus» markalı 10 TG 022 dövlət qeydiyyat nişanlı avtomobillə Xiyabani küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 1967-ci il doğumlu Şəhla İbrahim qızı Quliyevanı vurub və hadisə yerindən qaçıb. Zərərçəkmiş Ş.Quliyeva aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Mirəli Mirsultanov tutularaq istintaqa cəlb olunub və ona qeyd olunan maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164