Muəllif:

Piyadanı vurub qaçan avtobus sürücüsü imiş

Martın 21-də saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsindəki 65 saylı məktəbin qarşısında naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada, 49 yaşlı Behiş Nəsib oğlu Məmmədovu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon polisində CM 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb və hadisəni törədib qaçan sürücü aşkarlanıb və tutulub.

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin yaydığı birgə məlumatda bildirilir ki, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 120 saylı marşrut xətti üzrə hərəkət edən, «Daewoo» markalı, 10 TF 581 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, 26 yaşlı, Salyan rayon sakini Novruzov Elvin Sakit oğlu tərəfindən törədilməsi müəyyən edilib. Novruzov martın 22-də tutularaq istintaqa cəlb olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168