Muəllif: Redaksiya
Pivə barının qarşısında partlayış törədildi
Yəqin fanatik dinçilərin yayın bu cırhacırında camaatın pivə içməsinə qəzəbi tutub. Dağıstanda pivə barının giriş hissəsində güclü partlayış törədilməsini bununla izah etmək olar. Hadisə Suleyman-Stalski rayonunun Aşağiı Stal kəndində törədilib. Pivə barının girişi yanında partlayıcı qurğu
— «şeytan aparatı» işə salınıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur. Hadisə yerində əməliyyat-istintaq qrupunun çalışdığı xəbər verilir.
Bölüm: Dünya
Oxunma sayı: 130