Peykimiz uçuşa hazırlaşır
Kuru kosmodromunda (Qviana Kosmik Mərkəzi) Ariane 5 ECA rakerdaşıyıcısına yanacaq doldurulmasına həftənin sonunadək başlanacaq. Trend-in məlumatına görə, bu barədə «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, Ariane 5 ECA raketdaşıyıcısının bazasında orbitə buraxılacaq Azərbaycanın Azerspace/Africasat-1 peyki artıq Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşən Kuru kosmodromuna aparılıb. Peykin buraxılışı fevralın 7-nə nəzərdə tutuluh.
Habelə, Nəbiyevin sözlərinə görə, gələn həftənin ortalarınadək əsas Peyk İdarəetmə Mərkəzi tam texniki hazırlıq vəziyyətinə gətiriləcək. Mərkəz Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində yerləşir. Bu istiqamətdə ASC-nin həyata keçirdiyi işlər çərçivəsində Naxçıvan MR Culfa rayonunun Nəhəcir kəndi) yerləşən ehtiyat Reyk İdarəetmə Mərkəzinin tikinti-quraşdırma işləri də başa çatdırılıb.