Muəllif: Redaksiya
Peşəvərdə kilsənın önündə partlayış: 60 ölü, 100-dən çox yaralı
Pakistanın Peşəvər şəhərində sentyabrın 22-də yerli xristian kilsəsində törədilən terror aktı nəticəsində 60-dan çox adam həyatını itirib, 120 adam yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Teraktda bir polis də ölüb, bir nəfərsə yaralanıb. Bu xain partlayışın terrorçu-kamikadze tərəfindən adamların bazar günü ayinindən sonra kilsəni tərk etdiyi əsnada törədildiyi bəlli olub. Pakistan hökumətinin başçısı Nəvaz Şərif teraktı pisləyərək
bunu insanlıqdan kənar vəhşət adlandırıb. Deyib ki, bu əməl heç bir dini təlimlə uyğun deyil. Baş nazirhəlak olanların yaxınları ilə həmrəy olduğunu bildirib, deyə Anadolu agentliyi əbər verir. Bu, Pakistnda xristian icmasına qarşı törədilən ilk terror aktı deyildir.
Bölüm: Dünya
Oxunma sayı: 99