Muəllif:

Pərviz Həşimli ilə bağlı nə baş verir?

Sentyabrın 17-da saxlanılan Pərviz Həşimliyə qarşı CM-in 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1. (qanunsuz silahın əldə olunması, ötürülməsi, satışı, saxlanması, daşınması və gəzdirilməsi) maddələri ilə cinayət işi qaldırılıb. “Bizim yol” qəzetinin əməkdaşlarından biri Turan-a bildirib ki, P.Həşimli sentyabrın 16-da axşam direktoru olduğu moderator.az saytının ofisində MTN əməkdaşları tərəfindən saxlanılıb. Eyni zamanda MTN əməkdaşları axtarış aparmaq üçün onun Biləcəri qəsəbəsindəki evinə və “Bizim yol” qəzetinin redaksiyasına gediblər. “Bizim yol” qəzetinin redaksiyasında olanlara otağı tərk etmək və telefon zənglərinə cavab vermək qadağan olunub.
Operativ tədbirlərlə əlaqədar P.Həşimli də redaksiyaya aparılıb. O, həmkarlarına deyib ki, vaxtilə hansısa adama oğlunun ali məktəbə uğurla imtahan verməsinə yardım edib. Guya həmin kişinin maşınından İran qəzetinə bükülmüş tapança tapılıb.
“Bizim yol” qəzetində axtarış zamanı qanunazidd heç bir şey aşkar edilməyib.
P.Həşimlinin doğmalarının sözlərinə görə, MTN əməkdaşları jurnalistin evində tapança tapıblar. Lakin onlar bildiriblər ki, silahı evi axtaranlar özləri qoyublar.
P.Həşimli Vətəndaşların Siyasi və Mülki Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəridir. İrəli sürülən ittihamlar üzrə P.Həşimlini 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Sentyabrın 18-də P.Həşimlinin məhkəmə qarşısında dayanacağı və onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. P.Həşimlinin saxlanması ilə bağlı hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.
Pərviz Həşimlinin harada saxlanması barədə hələ də məlumat yoxdur. Jurnalistin qardaşı Zamin Həşimlinin Turan-a verdiyi məlumata görə, hazırda vəkil Elçin Sadıqovdur. Onun sözlərinə görə, qardaşının evində divanın altından qumbara tapılıb. Bununla razılaşmayan Z.Həşimli bildirib ki, P.Həşimlinin həyat yoldaşı deyib ki, MTN əməkdaşları evə giriblər. Onlardan sonra evdə silah və qumbara tapılıb.
Son zamanlar qardaşına qarşı MTN tərəfindən təhdidlər olduğunu deyən Z.Həşimli bu hadisənin onun siyasi fəaliyyətinə görə baş verdiyini bildirib. Bununla bağlı MTN heç bir rəsmi açıqlama vermir.
P. Həşimli C.M-in 206.3.2-ci və 228.2.1-ci maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilib. Bu səbəbdən məhkəmənin qərarı ilə P.Həşimlinin evində və iş yerində axtarış aparılıb. Bu iş üzrə saxlanılanlar qanunsuz odlu silah və narkotik maddə saxlamaqda şübhəli bilinirlər.
“Bizim Yol” qəzetinin redaksiyası bəyan edir ki, P. Həşimlinin belə bir cinayət əməllərində hər hansı formada iştirakına inanmır və ümid edir ki, istintaq obyektiv və qərəzsiz aparılacaq, gerçək ortaya çıxacaq.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı ətraflı məlumatı olmadığından şərh verməkdən yayınıb və P.Həşimlinin həbsi ilə bağlı rəsmi informasiyanın da olmadığını qeyd edib. Lakin o, fəal vətəndaş mövqeyinə malik jurnalistin, hüquq-müdafiə fəaliyyəti ilə məşğul olan şəxsin həbs olunması faktı onu narahat edir. MHİ P.Həşimlinin hüquqlarının müdafiəsilə bağlı hüquqi yardım göstərmək niyyətindədir.
Bu arada Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli jurnalist Pərviz Həşimlinin həbsini pisləyib. O, MTN-nin bu hərəkətini söz azadlığına təzyiq kimi qiymətləndirib.
“Biz hər dəfə hakimiyyətə sərf etməyən jurnalistlərin narkotik maddə və silah saxlamaq və ya xuliqanlıq kimi uydurma ittihamlarla həbs edilməsinin şahidi oluruq. Məqsəd rejimi tənqid edənlərin neytrallaşdırılması və jurnalistlərin qorxudulmasıdır”, — C.Həsənli bildirib.
Prezidentliyə namizəd hakimiyyəti jurnalistlərə təzyiqlərə və söz azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırıb.
Sentyabrın 17-də MTN əməkdaşları tərəfindən saxlanmış Pərviz Həşimliyə qarşı CM-in 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1. (qanunsuz silahın əldə olunması, ötürülməsi, satışı, saxlanması, daşınması və gəzdirilməsi) maddələri ilə cinayət işi qaldırılıb.
Öz növbəsində Mətbuat Şurası da Pərviz Həşimlinin saxlanmasından narahatdır. “Pərviz Həşimlinin saxlanması Mətbuat Şurasını narahat edir. Onun saxlanmasının təfərrüatları barədə heç bir məlumat yoxdur”, — MŞ sədri Əflatun Amaşov Turan-a bildirib.
Onun sözlərinə görə, araşdırma aparılacaq. Günün ikinci yarısında müvafiq orqanlara məktublar ünvanlanacaq. MŞ işin gedişini diqqət mərkəzində saxlayacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 372