Muəllif:

Pensiya yaşını artırmağa ehtiyac yoxdur

Pensiya yaşını artırmaq yenidən gündəmə atılsa da, buna ehtiyac görülmür. Hazırda pensiya yaşı 63-dür. Azərbaycanda orta ömür isə 70-72 ildir. İqtisadçı ekspert Oqtay Haqverdiyev hesab edir ki, bu səbəbdən, hazırda ölkədə əsas məqsəd orta ömür müddətini uzatmaqdır. Bir çox ölkələrdə təqaüd yaşının artırılması millətin yaşlanması ilə əlaqədardır. Azərbaycanda demoqrafik problemlər yoxdur. Bu səbəbdən də təqaüd yaşının artırılmasına ehtiyac duyulmur.
“İki il öncə ölkəmizdə təqaüd yaşının artırılması məsələsi müzakirə olunub və təklif edilib ki, 2013-cü ildən etibarən pensiya yaşı 65-ə çatdırılsın. Lakin ideya dəstəklənməyib. O ölkələrdəki demoqrafik vəziyyət ağırdır, əhali qocalır, onda bunu qaldırmaq yaxşı nəticə verir. Ona görə ki, artıq pensiya verməyə vəsait çatmır. Ona görə o ölkələrdə buna gedirlər. Avropa ölkələrinin əksəriyyətində vəziyyət bu cürdür. Bizdə elə bir problem yoxdur. Bizim ümumilikdə götürdükdə millətimiz nisbətən cavan millətdir. Amma 10-15 ildən sonra Azərbaycanda ola bilər ki, belə bir problem yaransın».

Haqverdiyevin sözlərinə görə, 2015-ci ildən hər ilə pensiya yaşının üstünə yarım il gəlməklə pensiya yaşını qaldırmaq olar: «Ancaq bu dövlətin apardığı siyasət və orta ömür həddindən asılıdır. Avropa ölkələrinin bəzilərində orta ömür müddəti 75 yaş və ondan yüksək olduğundan bunun tətbiq edilməsinin əhəmiyyəti var. Bununla yanaşı, həmin ölkələrdə pensiyanı maliyyələşdirən özəl fondlar da var. Bizim Sosial fond özü bütün pensiyaları maliyyələşdirə bilmir. Hər il dövlət büdcəsindən fonda 1 milyard manata yaxın vəsait köçürülür. Buna görə hərdən bu söhbət qalxır ki, pensiya yaşını qaldırsalar, bəlkə 1-3 ilə büdcədən ona heç bir vəsait ayrılmaz».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 303