Muəllif: Redaksiya
Pedofillərin kimyəvi axtalanmasına dair qanun qəbul edilə bilər
Türkiyə hökuməti pedofillərin kimyəvi axtalanmaya məruz qalacaqlarına dair qanun layihəsini baxılmaq üçün Parlamentə təqdim edə bilər. «Sabah» qəzeti yazır ki, bundan əvvəl Türkiyə Parlamenti iki dəfə belə bir qanun layihələrini rədd edib. Lakin bu dəfə Parlamentin pedofillərin kimyəvi axtalanmasına dair qanunu qəbul edəcəyi gözlənilir.
Bu zaman axtalanma təqsiri məhkəməinin qərarı ilə sübut edilən şəxslərə tətbiq ediləcək.
Pedofillərin kimyəvi axtalanmasına dair qanun layihəsi Türkiyədə uşaqlara münasibətdə cinsi xarakterli cinayətlərin artması ilə əlaqədar işlənib hazırlanıb.
Bölüm: Dünya
Oxunma sayı: 136