Muəllif:

Paytaxtda neçə qəzet köşkü var, sahibi kimdir?

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin Bakı Şəhər İH-yə qarşı paytaxtda yerləşən qəzet köşkləri haqqında informasiya sorğusuna cavab verməməklə bağlı iddiasını qismən təmin edib. Məhkəmə İH-nin üzərinə informasiya agentliyinə qəzet köşklərinin sahibi və sayı haqqında məlumat vermək, həmçinin 10 manat məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub.
Hakim Vüsalə Baxışova agentliyin cavabdehi məhkəmədə iştirak etmədiyinə görə və tələb olunan məlumatı təqdim etmədiyinə görə 50-100 manat (İnzibati-Prosessual Məcəllənin 57.1-ci maddəsi) cərimə etmək vəsatətini təmin etməyib. O, həmçinin meriyanın üzərinə agentliyin sorğusuna tam cavab vermək öhdəliyi qoyulması haqqında vəsatəti təmin etməyib.
Məhkəmə cavabdehdən QASİD firmasının köşklərinin dəyişdirilməsi; köşklərdən təyinatı üzrə istifadə edilməməsi; İH tərəfindən redaksiyalara dəyən ziyan və şəhər hakimiyyətinin respublika prezidentinin KİV-ə dövlət dəstəyi haqqında sərəncamlarının sabotajı haqqında rəsmi informasiya alınmasına nail ola bilməyib. Buna baxmayaraq, hakim Baxışova məhkəmənin təhqiqatı yekunlaşdırdığını hesab edib və işi bağlayıb.
Agentlik bu məhkəmə qərarından apellyasiya məhkəməsinə şikayət vermək niyyətindədir. Bu, Bakı meri Abutalıbovun adına ötən il avqustun 28-də ünvanlanmış sorğudan sonra keçirilən üçüncü məhkəmə iclası idi. İddia “İnformasiya əldə etmək azadlığı haqqında” qanunun 24.1-ci maddəsinə əsasən verilib. Demək olar ki, beş ay ərzində tələb olunan məlumatı əldə etmək və köşklərlə bağlı vəziyyətə işıq salacaq təhqiqat aparmaq mümkün olmayıb.
Dəlli olduğu kimi, jurnalistlərin həyata keçirdiyi monitorinqlər köşklərin, demək olar ki, qanunsuz ərzaq məhsulları satışı şəbəkəsi olduğunu və dövri mətbuatın, xüsusən müstəqil mətbuatın satış həcminin azaldılmasına yönəldiyini göstərib.
Turan İA direktoru Mehman Əliyev məhkəmənin işə baxılması prosesini əsassız olaraq uzatdığını və meriyanın imtinasını sualların ictimai əhəmiyyətli olması ilə əsaslandırmağa çalışaraq, praktiki olaraq meriyanın maraqlarını dəstəklədiyini hesab edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 816