Muəllif:

Paytaxtda bir gündə üç intihar: üçü də özünü asıb

Bakıda bir gündə 3 vətəndaş intihar edib və hər üçü həyatdan getmək üçün vasitə olaraq kəndiri seçib.Brinci hadisə Həsənoğlu küçəsi 16, mənzil 12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 23 yaşlı Cəlilova Könül Vahid qızı özün asaraq intihar edib.

Digər hadisə Nərimanov rayonunda yerləşən 69 saylı uşaq bağçasının həyətində qeydə alınıb. 40 yaşlı Zöhrab Eldar oğlu Musayev bağçanın həyətində özünü ağacdan asaraq intihar edib.

Üçüncü hadisə Səbail rayonu Bayıl qəsəbəsi, Litvin Babayev küçəsi 65 ünvanında qeydə alınıb. 85 yaşlı Qriqori Yefimoviç Yuzev özünü yaşadığı mənzilin pəncərəsindəki metal qoruyucudan asıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 254