Muəllif:

Paytaxt rayonlarının cərhədləri dəqiq müəyyən deyil

Paytaxt rayonlarının cərhədləri dəqiq müəyyən deyilmiş. Bakı bələdiyyələrinin xəritələrinin hazırlanmasında ciddi problemlər var. Bunu MM Regional Məsələlər Komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deputat Hacı Qalib Salahovun indiyədək Bakı bələdiyyələrinin xəritələrinin olmaması ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib (APA).
Rəhimzadə qeyd edib ki, bu xəritələrin hazırlanması çox çətin məsələdir: “Çətinlik Bakının mürəkkəbliyi ilə bağlıdır. Ona görə ki, indiyədək Bakı və Abşeron ərazisində inzibati dairələrin və rayonların sərhədləri düzgün müəyyənləşməyib. Bu sərhədlər müəyyənləşərkən orada olan dövlət mülkiyyəti, bələdiyyə torpaqları və xüsusi mülkiyyət nəzərə alınmalıdır. Belə problemlər təkcə Bakıda deyil, eyni zamanda Gəncə və Sumqayıtda da mövcuddur. Bu məsələ nə qədər mürəkkəb olsa da, ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında bu istiqamətdə iş gedir”.
Komitə sədri ümidvar olduğunu bildirib ki, bu problem yaxın bir-iki il ərzində öz həllini tapacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124