«PAT vəziyyəti»
Çərşənbə axşamı Bakıda YAY qalereyasında YARAT! Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə «PAT vəziyyəti» sərgisinin açılışı keçirilib. «Trend»in məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, YARAT! Müasir İncəsənət Məkanı layihəsinin yaradıcısı Aida Mahmudova, tanınmış ictimai xadimlər, görkəmli mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
«YARAT! Müasir İncəsənət Məkanının bu kurator layihəsi 2012-ci ilin yayında Moskvada, «Mars» qalereyasında, 3-cü Beynəlxalq Biennale Gənclərin İncəsənəti sərgisi çərçivəsində uğurla təqdim olunub. Bu layihədə öz işlərində kişi və qadın arasında münasibətləri və dialoqu göstərməyə çalışan gənc əfqan rəssam və üç azərbaycanlı rəssam qız iştirak edir», — deyə Aida Mahmudova jurnalistlərə bildirib. Sərgi fevralın 16-dək davam edəcək.
YARAT! təşkilatının məlumatında deyildiyi kimi, çağdaş dünyada kişilər və qadınlar arasında qarşılıqlı münasibət dəyişən yaşam şəraitinin kontekstində hər zaman maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar, demək olar ki, cinslər arasında münasibətlərə aydınlıq gətirmədi, əksinə, hər şey daha da mürəkkəbləşdi.
Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada posmodernizmdən təyin olunmayan «X» zamanına keçid baş verir. Bu zəmanə özündə müxtəlif sistemləri birləşdirəcək: ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur, hansı ki, bununla nəinki gender problemini radikallaşdırır, həm də yaradıcılıq üçün maraqlı materiallar verir. Misal üçün, Azərbaycandan gənc rəssamlar — Azərbaycanda yaşayan əfqan rəssam və 3 nəfər azərbaycanlı xanım rəssam.
Əfqan rəssam Reza elə bir ölkədəndir ki, orada şəriət qanunları hökm sürür. Rezanın yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam arxi-ənənəvi vasitələrdən istifadə edir — karandaş və kağız. Onun qəlbində şərq qərblə, cənub şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o, islam ölkəsindən dünyəvi ölkəyə — Azərbaycana gəlib və məcburdur ki, uyğunlaşsın. Qızlar doğulduqları gündən daha dünyəvi bir məkanda yaşayırlar. Həm də onların öz yaradıcılıq ideyalarını reallaşdırmaları üçün vasitə seçimi də çox genişdir — bu həm heykəltəraşlıq instalyasiyaları, həm video…