Muəllif:

Paskal Mönye: Bu rəsmi qrup deyil, şəxsi təşəbbüsdür

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Bizim bu məsələdə siyasətimiz dəyişməyib. Fransa parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması xəbəri isə əsassızdır. Belə bir bəyanatla Fransanın Azərbaycan səfiri Paskal Mönye Fransa parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması barədə sualı cavablandırarkən jurnalistlər qarşısında çıxış edib.

Səfir bu xəbərə belə bir izah verib: “Bəzi deputatlar belə bir təşəbbüslə çıxış ediblər. Bu, rəsmi qrup deyil, parlamentin bəzi üzvlərinin şəxsi təşəbbüsüdür. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Bizim bu məsələdə siyasətimiz dəyişməyib”.

Səfir izahına davam edib ki, Fransada söz azadlığı mövcuddur, lakin bu təşəbbüs ölkənin rəsmi mövqeyini əks etdirmir: “Fransa parlamentində Azərbaycan və Ermənistanla parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir”.

Ermənistanın bəzi kütləvi informasiya vasitələri Fransa parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradıldığı barədə iddialı xəbər yayıblar. Aydın məsələdir ki, bu şəxslər erməni pulu ilə iş görməyə öyrəşmiş adamlardır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142