Paruyr Ayrikyanı «sifariş edən» 14 il cəza aldı
Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsdlə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. İş üzrə adı keçən 3 müttəhimə — cinayətin təşkilatçısı olmaqda ittiham edilən, prezidentliyə namizəd olmuş Vardan Sedrakyan və onun tanışları olan 2 icraçıya – Xaçik Poqosyan və Samvel Arutunyana hökm oxunub. Sedrakyan 14 il, Poqosyan və Arutunyan isə 12 il azadlıqdan məhrum edilib.
Vardan Sedrakyan məhkəmədə təqsirsiz olduğunu iddia edib, digər iki müttəhim isə təqsirini boynuna alıb. Vardan Sedrakyan ixtisasca inşaat mühəndisidir, sonralar isə bundan bir şey çıxmadığını görüb
erməni eposu üzrə «ixtisaslaşıb». Əgər prezident seçilsəydi, Güney Qafqazın xəritəsini öz
bildiyi kimi cızacaqdı. İndi dörd divar arasında bu virtual işə xeyli vaxtı olacaq.