Muəllif:

Paruyr Ayrikyan: Mənə Sumqayıtda qırğın törədənlər qəsd edib

Mənə qarşı terror aktının məqsədi bizi milli müqəddəratımızı təyin etmək yolundan döndərmək idi, deyə “Milli müqəddərat” birliyinin lideri, Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan bugünki mətbuat konfransında bildirir. Fevralın 1-də ona edilmiş sui-qəsdin versiyalarına toxunarkən Ayrikyan qeyd edib ki, əslində sui-qəsdçi peşəkar idi və heç bir səhvə yol verməyib. O, möcüzə nəticəsində sağ qaldığını deyir.
Ona qarşı sui-qəsdi keçmiş KQB – indiki Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi barədə əvvəlki bəyanatlarına toxunan Ayrikyan ittihamlarını təsdiq edib. “Bu, İran-Ermənistan qaz kəmərinin mükəmməl olmaması üçün əlindən gələni edən qüvvələrdir, bu, Sumqayıtda qırğın törədən, buna qədər bizim qonşularımızla normal münasibətlərimiz olmasın deyə Qarabağı verən qüvvələrdir, bu, Atatürklə sövdələşməyə gedən qüvvələrdir”, deyə Ayrikyan bildirib. “Mən, rusların bütün müsbət cəhətlərinə qiymət verirəm, rus dostlarım var, amma mənfi hallar haqqında da danışmaq lazımdır”, deyə Ayrikyan bildirir.
Onun “İran-Ermənistan qaz kəmərinin mükəmməl olmaması üçün əlindən gələni edən qüvvələr”,” Sumqayıtda qırğını DTK-nın törətmiş olduğu barədə söylədikləri olsun ki, həqiqəti əks etdirir. Lakin “Qarabağı verən qüvvələr”, “Atatürklə sövdələşməyə gedən qüvvələr” kimi kif basmış bəlli erməni tezisləri əsassız və çürük iddialardan başqa bir şey deyildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 193