Muəllif:

Partlayışda zərər çəkənlər arasında azərbaycanlıların olma ehtimalı araşdırılır

Bu gün Volqoqradda dəmiryol vağzalında baş vermiş partlayışın qurbanlarının sayı 18 nəfərə çatıb, yaralıların sayı 40-ı keçib.

Hazırda 18 nəfərin həyatını itirdiyi bəllidir.  İTAR-TASS regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki. partlayış vağzalın girişindəki metalaxtaran qurğunun yanında baş verib. Ehtimallara görə, partlayışı terrorçu-intiharçı qadın törədib. Fakt üzrə RF CM-in «Terror aktı» maddəsi üzrə cinayət işi qaldırılıb.

Vağzalın binasındakı adamlar təxliyyə ediliblər, hadisə yerində partlayış texnikası, OMON və kinoloqlar çalışırlar.

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Volqoqrad nümayəndəliyi Volqaqrad şəhərində dəmiryol vağzalında baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olma ehtimalını araşdırır. Bu barədə Trend-ə nümayəndəliyin sədri Teymur Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda Konqresin Volqoqrad nümayəndəliyi yerli mühafizə orqanları ilə əlaqə saxlayaraq ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması barədə məlumat almağa çalışır.

Həsənov qeyd edib ki, indiyədək nümayəndəliyə ölən və yaralananlar arasında azərbaycanlıların olmasını təsdiq edən heç bir məlumat daxil olmayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142