Muəllif:

Partlayışda terror versiyası araşdırılır

Vaşinqtondan son xəbərlərə görə, prezident Barak Obama dünən Bostonda baş vermiş iki bombalı hücumun Federal Təhqiqat Bürosu (FTB) tərəfindən «terror aksiyası» olaraq araşdırıldığını söyləmişdir. Ağ Evdə milli təhlükəsizlik mütəxəssisləri ilə keçirdiyi toplantının ardınca jurnalistlərə açıqlama verən Obama baş vermiş hücumu
«məsum dinc insanları hədəf alan çirkin və alçaq bir aksiya» olaraq səciyyələndirmişdir, deyə Anadolu Agentliyinin xəbərində deyilir.

Obama Amerikan xalqından şübhəli bir şey gördükdə yetkililərlə təmas qurmalarını istemişdir. «Bombalar məsum sivilləri hədəf almaq üçün istifadə edildiyi zaman bu bir terrorist aksiyadır» deyen Obama, «Bu anda bilmədiyimiz, bunun iç və ya dış bir terrorist örgüt tərəfindən planlımı törədildiyi, yoxsa naməlum niyyətli fərdi bir aksiyamı olduğu» ifadələrini işlətmişdir.

Bostonda Yurdsevərlər Günü şənlikləri çərçivəsində hardasa 23 min insanın iştirakıyla düzənlənən marafonun finiş çizgisi yaxınləğında 10 saniyə ara ilə partlayan iki bomba, biri 8 yaşında uşaq 3 adamın ölümünə, 170-dən artıq
adamın yaralanmasına nədən olmuşdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 106