Muəllif: Redaksiya
Parlamentdə əsgər ölümləri ilə bağlı söhbət gedib
Əsgər ölümləri ilə bağlı məcələ Parlamentə də yansıdı. Deputatlar əsgər ölümlərindən danışıblar. Bu günkü iclasda Qənirə Paşayeva baş verən intihar hadisələrinin ciddi narahatlıq doğurduğunu, bu halları hərtərəfli araşdırmaq lazım gəldiyini söyləmişdir. Deputat haqlı olaraq düşünür ki,orta məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyəti yüksəldilməlidir və bu məsələdə müsbət sovet təcrübəsini xatırlatmışdır. «Gənclər silahla yaxından tanış olur və onlar orduya hazırlıqlı gedirdilər. Azərbaycanın bu günkü durumunda hərbi tədrisin keyfiyyəti yüksəldilməli və gənclərə silahla davranış qaydaları öyrədilməlidir», — deyə deputat vurğulamışdır. Qənirə Paşayeva gənclərin hərbi xidmətə psixoloji cəhətdən də hazır olmalarını vacib sayır.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 140