Parisdə rəssam Arif Əzizin fərdi sərgisi açılıb
Parisdə azərbaycanlı rəssam Arif Əzizin fərdi sərgisinin açılışı olub. Arif Əziz Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin qrafik-dizayn fakültəsinin kafedra müdiri, Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü, professordur.
Açılışda Parisin tanınmış sənət adamları və çox sayda media mənsubları iştirak etmişdir. Qonaqlar arasında Parisin ünlü dizaynerləri Jan Klod Jitrua, Kristof Gilarme, Tilman Qrav, ünlü maneken və aktrisa Sara Marşal da olmuşdur. Sərginin açılışınd eyni zamanda Azərbaycanın Fransa səfirliyin əməkdaşları və AR Diasporla İş üzrə Dövlət Komitəsinin işçiləri iştirak edib.
Yaşı 70-i haqlamış oln Arif Əzizin üslubunu müasir rəssamlıqda bir inqilab kimi dəyərləndirilir və onun əsərlərini ənənəvi rəssamlıqla abstrakt rəssamlığın vəhdətindən yaranmış təkrarsız yaradıcılıq inciləri hesab edənlər var. Sərgi 3 gün davam edəcək. Fərdi sərgidə rəssamın 40-dək əsəri nümayiş olunur.