Muəllif:

Parabankın saxta yolla 225 min manat kredit ayıran əməkdaşı həbs olunub

Daha bir bankda korrupsiya faktı aşkar edilib. Baş prokurorluğun mətbuat xidmətindən yayılan xəbərə görə, Parabank ASC Nizami filialında yol verilmiş qanun pozuntuları barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmalar zamanı filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Orxan Uğurluzadənin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına ümumilikdə 225.0 min manat məbləğində kreditin ayrılması nəticəsində cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında əsaslı şübhələr olduğundan CM 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Uğurluzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 203