Muəllif:

PALMALI vitse-prezidenti cavab verdi: «Azərbaycanda Palmali-nin biznesi çiçəklənir»

Mübariz Mənsimovun Azərbaycanda fəaliyyətinə «son verdiyi» barədə iddialara Palmali şirkətinin vitse-prezidenti aydınlıq gətirib. Palmali şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu ölkə KİV-lərində tanınmış azərbaycanlı biznesmen Mübariz Mənsimovun biznesinin guya iflas həddində olduğu və bunun nəticəsində «Palsüd» MMC-nin
yerli bazarı tərk etməkdə olduğu barədə xəbərləri Vesti.Az saytına şərh etmişdir.

«Mənə bu informasiyanı sayıqlama adlandırmaq çətindir, çünki «sayıqlama» sözünün özü bu ucuz sensasiyanın bütün mahiyyətini təsvir edə bilmir.Mübariz Mənsimov da, mən də — azərbaycanlıyıq və ölkəmizin maraqları bizim üçün mühümdür. Bir neçə il öncə Azərbaycanda biznesə milyonlarla dollar qoyarkən biz yeni iş yerləri açmaq, Azərbaycan prezidenti İlham Əliyevin siyasətinə dəstək vermək, dünya bazarında rəqabətə qabil olan Azərbaycan brendi yaratmaq barədə düşünürdük. Və mən şadam ki, biz bunu bacardıq», — deyə vitse-prezident vurğulamışdır.

Nəbioğlunun sözlərinə görə, Palmali şirkətinin Azərbaycanda biznesini inkişaf etdirməyə dair uzaq mənzilli planları vardır. «Biz ölkədə böyük bir ferma açmaq, ölkəyə Almaniyadan cins inəklər gətirmək niyyətindəyik. Biskvit fabriki açmaq niyyətimiz də var. Üç ay öncə bizim ölkədə işçilərin peşə vərdişlərini artırmaq üçün Türkiyədən peşəkar menecerləri Azərbaycana dəvət etmişdik», — deyə Nəbioğlu bildirmişdir.

Şirkətinin vitse-prezidentinin sözlərinə görə, hasırda «Palsüd» şirkəti ölkənin süd məhsulalrı bazarının 40-45 faizini tutur.

«Azərbaycanda Palmali-nin biznesi çiçəklənir. Qoy heş kəsdə buna heç bir şübhə olmasın.
Biz bu kimi uydurmaların mənşəyini araşdırırıq və gərəkən ölçüləri götürəcəyik. Elə bir qüvvə yoxdur ki, «Palsüd»ü iflasa məruz qoysun, çünki onun arxasında Palmali kimi
nəhəng dayanmışdır. Mübariz Mənsimov da, Mais Mənsimov da, bəndəniz də — əbədi deyildir. Azərbaycan xalqı, onun milli və iqtisadi maraqları isə — əbədidir», deyə Nəbioğlu sözünün sonunda demişdir.

Qeyd edək ki,Palmali şirkətlər qrupu iri holdinq qismində ən fərqli istiqamətlərdə layihələri həyata keçirməklə Azərbaycan iqtisadiyyatının inkişafında fəal iştirak edir. Gerşəkləşdirilən layihələr arasında — Masallıda orta ümumtəhsil məktəbinin binası, Lənkəranda dəniz limanı, süd zavodu, otel və yaşayış qəsəbəsi, Bakıda kərpic zavodu var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 749