Muəllif: Redaksiya
“Palmalı” Türkiyədə tərsanə alıb
«Palmalı» şirkətlər qrupu «Fiba Holding» şirkəti ilə birgə Türkiyənin İzmit vilayətində tərsanə alıb. Tərsanənin alınarkən «Palmalı» və «Fiba Holding» arasında paylar «50:50» prinsipi üzrə bölünüb. 50 milyon avro müqabilində əldə olunan tərsanənin adı «Armada Tersanesi» adına dəyişdiriləcək.
Tərsanənin alınmasından sonra «Palmalı» şirkəti artıq orada ümumi dəyəri 50 milyon avro olan üç gəminin tikintisini sifariş edib. Yaxın aylarda tərsanənin ümumi dəyəri 500 milyon dollar olan gəmi tikintisi sifarişi alacağı gözlənilir.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 154