Muəllif:

Pakistan öz strateji texnologiyalarını transfer etməyə hazırdır

Pakistan müdafiə sənayesinin aparıcı qurumlarından olan Global Industrial & Defence Solutions (GIDS) şirkəti Azərbaycanla bir sıra birgə layihələri nəzərdən keçirir. Bu barədə açıqlamasında GIDS şirkətinin icraçı direktoru, istefada olan aviasiya vitse-marşalı Zübeyir İqbal Malik deyib. O bildirib ki, hazırda bu layihələr Azərbaycan tərəfində qiymətləndirmə mərhələsindədir: “Ümid edirik ki, yaxın vaxtlarda bununla bağlı müvafiq qərarlar qəbul olunacaq” (APA).

Pakistanın Azərbaycanı bütün sahələrdə, xüsusilə də hərbi sahədə dəstəklədiyini söyləyən şirkət rəhbəri, rəsmi Bakının istəyinə uyğun olaraq hərbi sənayenin bütün sahələrində əməkdaşlığa və öz strateji texnologiyalarını Azərbaycana transfer etməyə hazır olduqlarını ifadə edib: “Bizim məhsullarımız arasında pilotsuz uçuş aparatları, tank əleyhinə idarə olunan raket kompleksləri, komanda və kommunikasiya sistemləri, təhlükəsizlik sistemləri, atəş idarə etmə sistemləri yer alır. Bu məhsullar Pakistan mütəxəssisləri tərəfindən yaradılıb və hazırda Pakistan Silahlı Qüvvələrində tətbiq olunur. Azərbaycan bizim üçün qardaş ölkədir və bizim əməkdaşlığımız Pakistanın siyasətinə uyğundur”.

Z. İ. Malik Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində görüş keçirdiklərini və əməkdaşlıq imkanlarını müzakirə etdiklərini vurğulayıb. O, GIDS-in 2014-cü ilin sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də təmsil olunacağını, öz məhsullarını Azərbaycanın güc strukturlarına əyani şəkildə tanıdacağını bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125