Muəllif: Redaksiya
Özünü torpaq üstündə yandıran Kəlbəcərli qızın durumu ağırdır
Özünü torpaq üstündə yandıran Kəlbəcərli qızın- 15 yaşlı Almaz Kərimovanın durumu ağırdır. Hadisə Gəncədə baş veribOnun Gəncədə müalicəsi olmadığına görə, Bakıya aparılıb. Bunu APA-ya Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının növbətçi həkimi Mehman Hüseynov deyib. Onun sözlərinə görə, yanıq xəsarətləri çox olduğuna görə, Gəncədə zərərçəkmişi müalicə etmək mümkün olmayıb.
Qeyd edək ki, bu hadisə Gəncədə martın 7-də Gülüstan qəsəbəsində vaş verib. ADAU-nun 6 saylı yataqxanasında məskunlaşan, Kəlbəcərdən olan məcburi köçkün Almaz Kərimova özünü yandırıb. Hadisənin torpaq
mübahisəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 222