Muəllif: İsmayıl Umudlu
Özümüz gəmilər inşa edəcəyik
Cari il ARDNŞ Bakıda yeni Gəmiqayırma Zavodunda iki gəmi inşa etmək planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, hazırda yeni zavodun tikintisi üzrə işlər davam edir və tikinti işlərinin birinci mərhələsini 2013-cü ilin sentyabrınadək yekunlaşdırmaq planlaşdırılır.
«Bu, yeni gəmilərin inşası üzrə işlərin başlanılması üçün kifayət edəcək», — mənbə bildirib.
Onun sözlərinə görə, yeni zavodun tikintisinə dair işlər sonra davam etdiriləcək.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 164