Muəllif:

Öz parlamentlərində Xocalı soyqırımı ittihamı ermənilərin üzünə oxundu

Moldovalı vəkil Aureliya Qriqoriu Ermənistan parlamentində məruzəsi zamanı bəyan edib ki, Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Moldovanın parlament vəkili (ombudsman) açıqca bildirib ki,  «Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib». Zalda əyləşən forumun bir sıra iştirakçıları moldovalı vəkili alqışlayıblar.

Moldovalı vəkil Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında «Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması» adlı məruzə ilə çıxış edib. Xanım Qriqoriu “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırım həyata keçirib” ifadələrini səsləndirərkən zalda olan bəzi iştirakçılar onu alqışlaması erməni rəsmiləri pis vəziyyətdə qoyub.

Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan isə bildirib ki, Ermənistan parlamentinin tribunasından sifarişləri yerinə yetirmək üçün istifadə etmək lazım deyil: “Mən bilmirəm siz kimin sifarişini yerinə yetirirsiniz, amma öz çıxışınızı yazaraq sifarişçilərə göstərə bilərsiniz. Düşünürəm ki, yüksək səviyyəli qonaqlar elmi konfransdan yolverilməz müzakirələr üçün istifadəsinə etiraz etməlidirlər”.

Aureliya Qriqoriu buna cavab olaraq deyib ki, münaqişənin təfərrüatlarına varmaq fikrində deyil: “Yalnız onu deyə bilərəm ki, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulması yolverilməzdir”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123