Oxlov aşpazın əlində soyuq silaha çevrildi
Oxlov aşpazın əlində soyuq silaha çevrildi və onunla iş yoldaşına ölüm gətirən zərbə endirdi. Bəli, Bakıda restoranda iki aşpaz arasında baş verən mübahisə oxlov ucbatından ölümlə nəticələnib.
Bakı şəhər Prokurorluğundan bildirilir ki, dadisə fevralın 28-də axşam saat 21:00 radələrində Xətai rayonu ərazisində Fəzail Bayramov küçəsi 11/28 ünvanında yerləşən «İmperator İBO Kebab» restoranında iki aşpaz arasında yaranmış mübahisə zəminində baş verib.
Bu restoranda aşpaz işləyən Cəlilabad rayon sakini Adəm Əsədov (1991) mübahisə zamanı iş yoldaşı, aşpaz Mövlan Mövlanovun (1986) baş nahiyəsinə xəmir yayanla, yəni oxlovla zərbələr vurub.
Mövlanov axşam işdən evinə qayıda bilsə də, oxlov zərbələrindən aldığı ağır-kəllə beyin travmasından evində gecə saat 3 radələrində keçinib. Hadisə ilə bağlı Əsədovun saxlandığı, fakt üzrə cinayət işinin açıllığı xəbər verilir.