Ostankinoda çıxış ona düşdü: təklif təklif dalınca
Həm vokal, həm də muğam oxumaq bacarığı olan istedadlı müğənni Cəvahir Abdulovaya yaradıcılıq təklifi gəlib. Bir müddət əvvəl Moskvanın Ostankino telemərkəzində bir çox dünya musiqiçiləri ilə birlikdə konsert verən C.Abdulova yaradıcılıq təklifi alıb. Moskvada fəaliyyət göstərən musiqi şirkətlərindən biri müğənni ilə görüşərək onun MDB məkanında keçirilən konsertlərinin təşkilini təklif edib. Xatırladaq ki, “Ostankino”nun səhnəsində bir neçə mahnılar səsləndirən sənətçiyə tamaşaçı izdihamını görən təşkilatçı onunla əməkdaşlığa başlamaq niyyətində olub. Səfər zamanı tərəflər görüşüb, bu barədə danışıblar. Bu günlərdə müğənniyə müraciət ünvanlanıb və konsertin tarixinin müəyyənləşməsi təklif edilib. Hazırda Eldar Mansurov, Faiq Sücəddinov kimi bəstəkarların mahnıları ilə repertuar təzələyən Cəvahir xanım, həmi konsertlərdə bunları və bir neçə dildə mahnılar səsləndirəcək.
Xatırladaq ki, Cəvahir Abdulova xalq artistləri Natavan Şeyxova (A.Zeynallı adına Musiqi Kolleci) və Ağaxan Abdullayevin (Azərbaycan Milli Konservatoriyasi) tələbəsi olub.