Muəllif: Redaksiya
Orxan Zeynalov: “Mən özümü müdafiə etmişəm”
Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalovun istintaqa verdiyi ilk ifadənin videogörüntüləri yayılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, O. Zeynalov bu qətli özünü müdafiə etmək üçün törətdiyini söyləyib:
“Mən özümü müdafiə eləmişəm. Bıçaqla vurdum ona. Öldürmək istəmirdim. Üç nəfər idik. Bir qız, o və mən. Bıçaq mənim arxa cibimdə idi”.
Rusiya İstintaq Komitəsi Orxan Zeynalovun rus dilində ifadə verməkdən imtina etməsi barədə məlumat yayıb.
Bölüm: Kriminal
Oxunma sayı: 141