Muəllif:

Ortaq türk tarixi yazılacaq

Azərbaycan MEA Tarix İnstitutunda növbəti Elmi Şurasında Türkiyə tarixçiləri və millət vəkilləri də iştirak ediblər. Ortaq türk tarixinin yazılması üzərində dayanılmışdır. Professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən Elmi Şurada mövzu ətrafında fikir mübadiləsi aparılıb. Yaqub Mahmudov ortaq Azərbaycan-Türkiyə tarixinin yazılması ilə bağlı işlərin davam etdiyini, artıq uzun illərdir orta və ali məktəblərdə türk xalqlarının tarixinin geniş tədris olunduğunu, Azərbaycan tarixinə dair elmi əsərlərin, kitabların Türkiyə türkcəsinə çevrilməsi və arxiv sənədləri mübadiləsi sahəsində əməkdaşlıq edildiyini qeyd edib.
Professor Dr. Seyit Sertçelik Türkiyədə Azərbaycan-Türkiyə ortaq tarixinin yazılması ilə bağlı görülən işlər barədə danışarkən demişdir ki, ortaq türk tarixinin yazılıb ortaya çıxarılacaq. Professor Dr. Seyit Sertçelik «Tarixdə erməni məsələsinin meydana gəlməsi» mövzusunda maraqlı məruzə ilə çıxış edib.
Mövzu ətrafında TBMM üzvləri Tülay Selamoğlu, Şuay Alpay, Elmi Şuranın üzvüləri professor Fəzail İbrahimli, azərbaycanlı tarixçi alimlərdən İradə Bağırova, Güntəkin Nəcəfli, professor Tofiq Mustafazadə, Cəbi Bəhrəmov, Qasım Hacıyev çıxış ediblər. Qərara alınıb ki, ümumtürk tarixinin yazılması üçün qüvvələri birləşdirilsin, Orta Asiyanın türk dövlətləri, Rusiya, Ukrayna və digər ölkələrin türk tarixçiləri ilə əməkdaşlıq genişləndirilsin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 225