Muəllif: Redaksiya
Orta məktəb müəllimi meşədə özünü asıb
Hadisə İsmayıllının Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Azad Məmmədəli oğlu Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Rəcəbəliyev Qalıncaq kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirmiş.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 371

