Muəllif:

«Ordunun Aynası» yenidən sizin qarşınızda

NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə Ayna və Zerkalo qəzetlərində «Ordunun Aynası» («Armeyskoye Zerkalo») əlavəsi yenidən işıq üzü görməyə başlayır. Apreldən başlamaqla layihənin hazırkı mərhələsinin gələn ilin əvvəllərinə qədər davam etməsi gözlənilir. Əvvəlcədən bu layihənin reallaşdırılmasında rolu olan hər kəsə, xüsusilə də NATO İctimai Diplomatiya Bölməsi əməkdaşlarına, öncə xanım Corine Janssensə, Vicki Nielsenə və Despina Afentouliyə bir daha xüsusi təşəkkürümüzü bildiririk.
Xatırladaq ki, bu layihə 2006-cı ildən etibarən Ayna və Zerkalo qəzetlərində dərc olunur. Layihənin hədəfində Azərbaycanın NATO ilə əməkdaşlıq tarixini araşdırmaq, bu istiqamətdə ictimai məlumatlılığın səviyyəsini artırmaq, müdafiə və təhlükəsizlik sektorunda islahatları diqqətdə saxlamaq durur. İndiyə qədər layihə çərçivəsində Azərbaycanın əksər güc strukturlarının rəhbərləri və təmsilçilərindən müsahibələr və açıqlamalar götürülüb, oxuculara çoxsaylı təhlillər təqdim olunub.
Bütün bunlar Azərbaycanın 2005-ci ilin mayında NATO ilə imzaladığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından (İPAP) sonra daha vacib görünür. Azərbaycan İPAP-ın üçüncü mərhələsinin yerinə yetirilməsi dövründədir. Bu sənədin də əvvəlki mərhələlərdə əksini tapan islahatların davam etdirilməsini hədəflədiyi bildirilir. Bu və digər sənədlər çərçivəsində Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda çoxsaylı islahatlar həyata keçirməli və bu çərçivədə əsas məsələlərdən biri ictimai məlumatlandırmanın düzgün qurulmasıdır. «Ordunun Aynası» da məhz belə bir missiyanı izləyir, layihə müdafiə və təhlükəsizlik sektorunda gedən proseslərə, Azərbaycanın NATO ilə əlaqələrinə ictimaiyyətin baxışlarını, rəylərini almaqdadır.
Təkcə 2012-ci ildə «Ordunun Aynası»nın işıqlandırdığı mövzular arasında aşağıdakılar diqqəti cəlb edir:
Müsahibələr:
YATA-Gürcüstan təşkilatının baş katibi David Arxangelskidən (David Arkhangelskiy) Gürcüstan — NATO münasibətlərinə dair müsahibə;
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovadan Azərbaycan — NATO münasibətlərinə dair müsahibə;
Hərbi ekspert, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının sədri Yaşar Cəfərlidən Azərbaycan Silahlı Qüvvələrində duruma dair müsahibə;
NATO-nun Cənubi Qafqazda Əlaqələndirici zabiti (The Liaison Officer NATO to South Caucasus) Vilyam Lahuedən (William Lahue) NATO-nun regiona yönəlik siyasəti barədə müsahibə;
ANS TV-nin «Marş» proqramının redaktoru və aparıcısı Rahib Qəribdən Azərbaycanda hərbi jurnalistlərin fəaliyyəti barədə müsahibə;
Rusiyallı hərbi ekspert, Hərbi Analiz Mərkəzinin direktoru Anatoliy Çıqanokdan Rusiya — NATO, Rusiya — Gürcüstan və Rusiya — Azərbaycan mövzusunda müsahibə;
Siyasi ekspert Elxan Mehdiyevdən Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət, Azərbaycan — NATO münasibətləri, Rusiyanın təsirləri və regionun gələcəyi barədə müsahibə;
ABŞ-ın media eksperti Riçard Riskaydan (Richard Riski) Azərbaycandakı durum, hərbi məsələlərdə medianın rolu və söz azadlığı mövzusunda müsahibə.
Təkcə ötən il müddətində «Ordunun Aynası» əlavəsində bir çox yerli və beynəlxalq rəsmilərin, o cümlədən Rumıniyanın Azərbaycan səfiri Kristian Çiobanunun (Cristian Ciobanu), Azərbaycan MN Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Ramiz Nəcəfovun, Azərbaycan XİN Təhlükəsizlik Problemləri İdarəsinin rəis müavini Qaya Məmmədovun və başqalarının fikirləri işıqlandırılıb. Xüsusilə NATO-nun 2012-ci ildə keçirilmiş Çikaqo sammiti ilə bağlı onlarla yerli ictimai fəalın, media mənsublarının fikirlərinə isnad olunub.
Təhlillər:
Təhlillər və müxtəlif araşdırmalar əlavəmizin hədəfində olan əsas məsələlərdən biridir. 2012-ci ildə bu istiqamətdə aşağıdakı mövzularda təhlillər işıq üzü gördü:
— Azərbaycan — NATO əlaqələri: tarix və perspektivlər;
— Azərbaycan — NATO münasibətləri: problemlər və gözləntilər (Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun mənzil qərargahına səfəri haqqında );
— Daxili Qoşunlar: islahatlar və perspektivlər;
— Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin olunmasında NATO-nun rolu;
— NATO-nun «Ağıllı Müdafiə» («Smart Defense») proqramı;
— NATO-nun Çikaqo Sammitinə doğru: gözləntilər;
— NATO-nun Yer Müşahidə Siztemi (Alliance Ground Surveillance System);
— Xüsusi araşdırma: Cəmiyyətin müxtəlif üzvlətinin Çikaqo Sammiti barədə düşüncələri;
— Azərbaycan haqqında strateji ssenarilər. Azərbaycan təhlükəsizliyinin gələcəyi barədə təhlil;
— Azərbaycan Respublikasının silahlanma prosesi: faktlar və gözləntilər;
— Azərbaycan Respublikasının terrorizm əleyhinə mübarizəsi: beynəlxalq münasibətlərin durumu, NATO ilə əməkdaşlıq;
— Mülki cəmiyyət terrorizmə qarşı: 10 təklif;
— Azərbaycan Ordusunda itkilər: səbəblər və perspektivlər;
— NATO-nun Qafqaz siyasəti: Anders Foqh Rasmussenin regiona səfərindən gözləntilər;
— Balkanlar və Cənubi Qafqaz: müxtəlifliklər və oxşarlıqlar. NATO sabitlikdə rolu.
— Azərbaycan Ordusunda islahatlar. Azərbaycan ordu üçün NATO təhsilli mütəxəssisləri necə əldə edə bilər?
— Gürcüstanın yeni hökuməti: NATO-ya üzvlük planı necə olacaq? Gürcüstan — Azərbaycan münasibətlərində hansı dəyişikliklər göslənilir?
— Azərbaycan Ordusunda sosial problemlər: Azərbaycan hərbi qulluqçuların sosial rifah səviyyəsini necə artıra bilər?
— Azərbaycan Respublikasının xarici hərbi siyasəti: 2012-ci ilə aid əsas detallar;
— Azərbaycan Respublikasının 2012-ci ildə hərbi strategiyası: NATO ölkələri ilə münasibətlər.
Ümumilikdə son 7 il ərzində təxminən 50 yerli müstəqil ekspert, 20-dən artıq yüksək vəzifəli şəxslər, 15-dən artıq tanınmış xarici ekspert və yüksək vəzifəli rəsmilər «Ordunun Aynası»na müsahibə veriblər. Bu dövrdə 130-dan artıq təhlil qələmə alınıb və bunlar Cənubi Qafqaz regionuna aid müxtəlif problemləri və eyni zamanda, NATO-nun bu regional bağlı yürütdüyü siyasəti əhatə edib.
Qeyd edilən istiqamətlərdə araşdırmaların davam etdirilməsi, müsahibələrin alınması 2013-cü ildə də mümkün olacaq. Bütün problemlərə, ara-sıra «ayrılmalar»a baxmayaraq, Azərbaycanın bu gün NATO ilə sıx əməkdaşlıq vəziyyətində olduğuna dair rəsmi bəyanatlar verilir. Ümumilikdə əməkdaşlığın mövcud vəziyyətinin tərəfləri qane etdiyi və bunun daha da irəliləməsinin zəruriliyinə dair rəsmi bəyanatların səsləndirilməsi davam edir. Amma vətəndaş cəmiyyəti təmsilçiləri, müstəqil hərbi ekspertər vəziyyətin əksinə olduğunu qeyd edirlər.
Beləliklə, «Ordunun Aynası» 2006-2012-ci illərdə dərc olunmuş sələfinin əldə etdiyi nailiyyətlərə əsaslanaraq oxucuları Azərbaycan-NATO əməkdaşlığının vəziyyəti, müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarla bağlı məlumatlandırmaqda davam edəcək.
Bəs Siz bizdən nə gözləyirsiniz? Xahiş edirik fikirlərinizi yazın…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 525