Muəllif: Redaksiya
Ordu zabiti dənizdən balıq tutarkən boğulub
Azərbaycan Ordusunun zabiti dənizdən balıq tutarkən boğulub. Hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb. Mərhum, görünür, üzmək bilmirmiş… Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən baş leytenant Elçin Qədimovun (1984) meyitinin axtarışlarına FHN xilasediciləri cəlb edilib. Hələlik meyiti tapmaq mümkün olmayıb. MN mətbuat xidməti faktı təsdiqləyir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 179

