Onun təriqətçilər asıblar?
Saatlı rayonunda müəmmalı şəkildə asılmış vəziyyətdə tapılan 31 yaşlı vətəndaşın təriqət üzvləri tərəfindən öldürüldüyü iddia olunur. Saatlı şəhəri Müşfiq küçəsi-5 ünvanda yaşayan Zaur Məhəmməd oğlu Süleymanov iyulun 22-də saat 22.00 radələrində həyat yoldaşını evə ötürdükdən sonra arxasınca gələn dostları ilə naməlum istiqamətə gedib. Bir neçə saatdan sonra Saatlı rayon Xəstəxanasından onun yaxınlarına zəng edilib və bildirilib ki, Zaur «özünü asaraq intihar edib».
Zaur Mollavəzili kəndində yerləşən dostuna məxsus toyuq fermasında asılı vəziyyətdə aşkar edilib. Onun sözlərinə görə, asılı vəziyyətdə tapılan meyitin ayağının altında heç bir dayaq olmayıb və onun bədənində çoxsaylı qara ləklər aşkarlanıb. Əmisi qeyd edib ki, Zaur kimlərsə tərəfindən öldürüldükdən sonra asılıb və onu asmaqla hadisəni intihar kimi qələmə verirlər. Zaurun dostlarının hansısa dini təriqət üzvləri olduğu bildirilir. Guya onlar bütün dünyada vahid din yaratmaq ideyası ətrafında birləşiblər…
Bu gün səhər saatlarında Saatlı rayon Patoloji Anatomiya Mərkəzində Zaur Süleymanovun meyiti ekspertizadan keçirilib. Hələlik ölümün səbəbləri haqqında məlumat verilmir.