Muəllif: Redaksiya
Onu 8 yaşından böyütdülər, indi asacaqlar
İranda 8 yaşında ikən qətl törətmiş məhbus gələn həftə edam ediləcək. Onun barəsində 10 il öncə ölüm cəzası çıxarılıb, uşaq olduğu üçün edamın icrasını — qatilin böyüməsini gözləyiblər… 8 yaşlı uşağı 10 ildir həbsxanada saxlayırlarmış…
İslam Cəza Qanunlarına görə, bir azyaşlı qətl törətdiyi təqdirdə, onun ölüm hökmünün icrası yalnız 18 yaşından sonra icra edilir. Ad və soyadı açıqlanmayan bu məhbus da artıq 18 yaşındadır və bu baxımdan ölüm hökmü icraya yönəldilib. Ancaq məhbusu bağışlamaq üçün onun qətlə yetirdiyi şəxsin valideynləri 500 milyon tümən qan pulu istəyirlər. Bu pulu toplamaq üçün iyulun 5-də axşam saatlarında Tehran şəhərinin Ərəsbaran mədəniyyət salonunda “Mavi ölümün hissi” adlı tamaşa səhnəyə qoyulacaq.
Bölüm: Güney
Oxunma sayı: 137

