Muəllif:

Onkoloji durum: 1 akasiya ağacı 40 kv m ərazini təmizləyir

Ölkədə onkoloji xəstələrin sayı artıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın baş onkoloqu Azad Kərimli bildirib. Deyib ki, hazırda 2012-ci ilin statistikası tam hazır deyil. 2011-ci ildə isə Azərbaycanda 28 685 onkoloji xəstə qeydiyyata alınıb. 2007-ci ildə isə bu rəqəm 24 431 nəfər olub.

Kərimli bildirib ki, onkoloji xəstələrin sayının artması ilə yanaşı, 5 il və daha artıq yaşayan onkoloji xəstələrin sayı da artıb.

«7-8 il əvvəl əhalinin sayı da bu qədər deyildi. Təbii ki, əhalinin sayı artdıqca, xəstəliklərin, o cümlədən onkoloji xəstələrin də sayı artır. Bu xəstəliyin yaranma səbəbi hələ də elm aləminə bəlli deyil. Xərçəngin diaqnostikası və müayinəsində ciddi irəliləyişlər var. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzi xərçəngi, kişilər arasında isə ağciyər, traxeya, bronxların xərçəngi üstündür», — baş onkoloq deyib.

Kərimli qeyd edib ki, ölkədə kistoloq qıtlığı var. Xərçəng xəstələrinin kistoloji müayinəsinin rəyi olmadan qeydiyyat aparılmır. Bununla əlaqədar rayon onkoloqlarına göstəriş verilib. O vurğulayıb ki, kimyəvi terapiyalar üçün istifadə olunan bütün dərman vasitələri dövlət tərəfindən təmin olunur.
Kərimli bildirib ki, daha çox xərçəng xəstələri Bakıya yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Baş onkoloq deyib ki, radiasiya faktoru da xərçəngin yayılmasında mühüm rol oynayır.
«Bir akasiya ağacı 40 kvadratmetr ərazini zərərli maddələrdən təmizləyir, lakin indi bu ağacları qırırlar», — o deyib.

Baş onkoloq qeyd edib ki, Azərbaycanın cənub bölgəsində də xərçəng xəstələrinin sayı üstünlük təşkil edir: «Düşünürəm ki, bu, ilk növbədə, əhalinin məşğuliyyəti ilə əlaqədardır. Çünki bu bölgənin əhalisi daha çox tərəvəzçiliklə məşğuldur və ilin bütün fəsilləri gübrənin içindədirlər. Bundan başqa, onlar İrandan dəmir qablarda gətirilən yağlardan da çox istifadə edirlər ki, bu da xərçəngin yayılmasında mühüm rol oynayır»

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 581