Muəllif:

Ona 10 bıçaq zərbəsi vurulub — qız üstündə…

Bir zamanlar qadın üstündə ölüm duelinə çıxanlar centlmen kimi davranardılar. Kitablardan belə oxumuşuq. İndi daha çox psixopat rəftarları barədə eşidirik. Budur, belə bir hadisə Tağıyev qəsəbəsində yerləşən hərbi komendaturanın yaxınlığında, dəniz kənarında qeydə alınıb. Sumqayıt şəhər sakini, 27 yaşlı Elvin İlyas oğlu İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. 10-dan çox bıçaq xəsarəti alan İsmayılov hadisə yerində keçinib.

Sumqayıt polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Hadisəni törədən Bakı şəhər sakini, 25 yaşlı Elşən Əlipənahov şübhəli şəxs qismində saxlanılıb. Əlipənahov polisə ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, İsmayılovu qız üstündə öldürdüyünü bildirib. Münasibətləri centlmenlər kimi çözmək olmazdımı?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150