Muəllif:

«Ömürlük» XTPD-çilər əfv istəyirlər

Vəkil Elçin Sadıqov Media Mərkəzdə ömürlük həbs olunmuş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) sabiq əməkdaşları Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun işi ilə bağlı mətbuat konfransında bildirib ki, bu ilin martında əvf komissiyasına müvəkkillərinin azad edilməsi haqqında xahiş göndərib. Bunun ardınca, apreldə hər üç məhkum əvf haqqında xahiş yazıb. Lakin hələlik heç bir nəticə yoxdur. Eyni zamanda vəkil müvəkkillərinin əvf ediləcəyinə ümid etdiyini bildirib.

Vəkil qeyd edib ki, Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov ölkə prezidentinə müraciət göndərib, eyni zamanda hər üç ömürlük məhbusun işləri Avropa Məhkəməsinə göndərilib və bu ilin yanvarında işlər qəbul edilib.
“Müvəkkillərim 17 ildir həbsdədir, onlar hər hansı ictimai təhlükə yaratmır. Hər üçü diabet xəstəsidir, hər biri həbsdə bir neçə əməliyyat keçirib. Əmiraslanov həm də epileptikdir və çox vaxt müalicə müəssisəsində olur. Keçirdiyim mətbuat konfransı mətbuat vasitəsilə hər üç ömürlük məhbusun azad edilməs xahişi ilə açıq müraciət etməkdir”, deyə vəkil vurğulayıb.
Məsələnin tarixinə qayıdan vəkil xatırladıb ki, müvəkkilləri 1996-cı ilin dekabrında ölüm cəzasına məhkum edilib. 1998-ci ildə ölüm cəzası ləğv edilib. 2004-cü ildə Apellyasiya Məhkəməsinə şikayət verilib. Şikayətə baxılması nəticəsində ömürlük həbs qərarı çıxarılıb.
Elçin Əmiraslanov Qazax XTPD-nin komandiri, Arif Kazımov və Səfa Poladov bu qurumun əməkdaşları olublar. Hər üçü CM-in bir neçə maddəsi üzrə, o cümlədən Vətənə xəyanətdə, qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə, qətlə cəhddə və s. ittiham olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 173