Muəllif:

Ölüm hadisəsi törədən şəxs polisə könüllü təslim olub

Metronun Gәnclik stansiyası yaxınlığında ölüm hadisəsi törədən şəxs polisə könüllü təslim olub. 38 yaşlı Rahib Şahbaz oğlu Qurbanov naməlum şəxs və yaxud şəxslərlə münaqişə zəminində ürәyindәn bıçaqlanıb. Qurbanov aldığı bıçaq yarasından hadisә yerindә keçinib. O hadisә yerinә özünün “Mercedes” markalı avtomobili ilә gәlibmiş.

Onun kim tәrәfindәn bıçaqlandığı sonra bəlli olub. Bu adam Bakı şəhər sakini Minas Əliyev imiş. Minas Əliyev könüllü olaraq Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə gələrək təslim olub.

Hazırda faktla bağlı araşdırma davam etdirildiyi bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 245