Muəllif:

Ölüm cəzası, 15 illik deportasiya cinayətkarlığı dayandıra bilər

Vladimir Jirinovskinin sədri olduğu Rusiya Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyasının üzvü Roman Xudyakov cinayətkar miqrantlara ölüm cəzası verilməsinə qoyulmuş moratoriumun ləğvini nəzərdə tutan qanun layihəsi hazırlayıb. APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi əmindir ki, xaricdən gələn miqrantlara görə ölkədə cinayətkarlıq artır.

Xudyakov bildirib ki, əgər lazımi tədbirlər görülməsə, gəlmələr Rusiyada özlərini sərbəst hiss edəcək, oğurluq edəcək, qətl, soyğunçuluq törədəcək. Onun fikrincə, ömürlük azadlıqdan məhrumetmə, ölüm cəzası, 15 illik deportasiya cinayətkarlığı dayandıra bilər. Deputat ABŞ-da edam cəzasının mövcud olduğunu, bəzi ölkələrlə oğruların əllərinin kəsildiyini xatırladıb.

Moskva meri postuna sabiq namizəd, deputat Mixail Deqtyaryov da Roman Xudyakovun təklifini dəstəkləyib. O, tək miqrantlar üçün yox, xüsusilə ağır cinayət törədənlər üçün ölüm cəzasının tətbiqinə tərəfdar olduğunu vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150