Ölkəmizin dostu, general-mayor Vinoqradov vəfat etdi
Azərbaycanın böyük dostu, istefada olan general-mayor Leonid Andreyeviç Vinoqradov 82 yaşında vəfat edib.
Leonid Vinoqradov 1979-1986-cı illərdə Zaqafqaziya hərbi dairəsində siyasi şöbənin rəisi, o zaman Azərbaycanda dislokasiya olunmuş Bakı Ümumqoşun Birləşməsinin Hərbi Şurasının üzvü olub. 1982-1986-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü olub. Ömrünün son illərini Sankt-Peterburqda yaşayan Leonid Vinoqradov Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edib. 2011-ci ilin sentyabrında general-mayor Vinoqradovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Leonid Vinoqradova Azərbaycan rəhbərliyi tərəfindən qiymətli hədiyyə bağışlanıb.