Muəllif:

Olimpiya Stadionunun tikintisi başlandı

Əsası 6 iyun 2011-ci ildə qoyulan Bakı Olimpiya Stadionunun tikintisi başlandı. Bir müddətdir ki, stadionun yerləşəcəyi Böyük Şor qəsəbəsi, Böyükşor gölünün qurudulmuş hissəsində fəal iş gedir. Burada torpaq bərkitmə və torpağın dəyişdirilməsi işləri həyata keçirilir. Bundan əvvəl isə ərazidə geoloji araşdırmalar və ilkin təhlillər yekunlaşdırılıb. Torpaq bərkitmə işi yekunlaşdıqdan sonra stadion kompleksinin üst hissəsinin tikintisinə başlanılacaq.
Qeyd edək ki, bu nəhəng idman qurğusunun əsası 6 iyun 2011-ci ildə prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin iştirakı ilə qoyulub. Obyekt paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək. 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub. Azərbaycanda ilk dəfə olaraq Olimpiya Media Mərkəzinin yaradılması da planlaşdırılıb.
Daxili sahəsi 120830 kvadratmetrdir. Stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb. Onu da qeyd edək ki, 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunları Bakıda təşkil olunacaq. Həmin vaxtadək stadionun tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148