Muəllif:

Olimpiya çempionu Elnur Məmmədli reytinqdə 6 pillə geriləyib

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Son siyahı ilə müqayisədə Azərbaycan millisinin aparıcı üzvlərindən yalnız Nicat Şıxəlizadə (66 kq) irəliləməyi bacarıb. Təmsilçimiz 1 rəqibini arxada qoyaraq, 8-ci yerə yüksəlib.

Apasport.az saytının məlumatına görə, Peter Zayzenbaherin yetirmələrindən Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) öz mövqelərini qoruyublar. Onlar hazırda müvafiq olaraq, 24-cü, 11-ci, 2-ci və 6-cı pillələrdə qərar tutublar.

Onlarla müqayisədə komandamızın 6 cüdoçusu geriləyib. Ən çox aşağı düşən isə Olimpiya çempionumuz Elnur Məmmədli olub. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız daha 6 pillə geriləyərək, 38-ci yerə enib. Məmmədlidən başqa, İlqar Müşkiyev (60 kq) 3, Kifayət Qasımova (57 kq) ilə Ramilə Yusubova (63 kq) hərəyə 2, Tərlan Kərimovla (hər ikisi 66 kq) Rüstəm Orucov (73 kq) hərə 1 rəqibini özündən irəli buraxıb. Onlar hazırda müvafiq olaraq, 28-ci, 23-cü, 39-cu, 27-ci və 11-cidirlər.

Bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 193