Muəllif:

Ölənlərin 40 faizindən çoxu ürək-damar xəstələridir

İranda müxtəlif xəstəliklərdən ölənlərin 43,7 faizini ürək-damar xəstələri təşkil edir. Bunu İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi bu gün Tehranda keçirilən «Ürək-damar xəstəliyi sahəsində yeniliklər» adlı konfransda çıxışı zamanı deyib.Trend-in «Mehr» agentliyinə istinadən verdiyi məlumata görə,
Haşimi qeyd edib ki, ölkədə kişilər orta hesabla 59, qadınlar isə 65 yaşında ürək-damar xəstəliyinə tutulurlar: «Ürək-damar xəstəliyinin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi vacibdir».
O bildirib ki, qeyri-yoluxucu xəstəliklər hazırda dünya, o cümlədən İran səhiyyəsinin əsas problemlərindən biridir: «İldə 36 milyon nəfər qeyri-yoluxucu xəstəliklərdən dünyasını dəyişir. Vəfat edənlərin 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşı 60-dan az olan insanlardır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139