Oğuzda fransızı qarət edən məcburi köçkün yaxalandı
Oğuz polisi rayon ərazisində Fransa vətəndaşına məxsus əmlakı oğurlayan şəxsi yaxalamaq mümkün olub. İyunun 27-dən 28-nə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən Oğuz şəhəri Veteranlar Parkının yaxınlığında yerləşən kafenin ərazisində şam ağaclığında gecələmək üçün bir nəfərlik üstüaçıq çadırda yatan Fransa vətəndaşı Penikavd Frederik Marieyə məxsus çantanın içindən ona məxsus 230 avro dəyərində bir ədəd «Lumik» markalı video kamera, 430 avro dəyərində «Garmin Edg-705» markalı GPS cihazı, bir ədəd Master Card kredit kartı, ona məxsus 11CL23515 nömrəli pasport, 380 ABŞ dolları, 55 avro və 170 Azərbaycan manatı məbləğində nağd pul, 660 avro dəyərində mal gizli yolla talanıb.
Əməliyyat-axtarış tədbirləri zamanı Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsi, Tarzan Məmmədov küçəsi 103-də yerləşən S.Vurğun adına Yaradıcılıq Evində məskunlaşmış məcburi köçkün Xudiyev Mahir Çərkəz oğlu şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırma aparılır.