Muəllif: Redaksiya
Oğurluqda təqsirli bilinənlər polis mayorunu döyüblər
Oğurluqda təqsirləndirilən şəxslər polis əməkdaşlarını döyüblər.
Binəqədi polisindən bildirilib ki, oğurluq törətməkdə təqsirli bilinərək ifadələrinin alınması üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət olunan Bakı şəhər sakinləri, 21 yaşlı Şəmistan Şamxal oğlu Məmmədov və 22 yaşlı Fariz Möhübbət oğlu Əliyev çağırışa gedən əməliyyat müvəkkili, polis mayoru Arif Məmmədov və Polis İdarəsində təcrübə toplayan, DİN Polis Akademiyasının tələbəsi Emin Həsənova xəsarət yetiriblər. Arif Məmmədov və Emin Həsənov hospitala yerləşdiriliblər. Hadisəni törədən Şəmistan Məmmədov və Fariz Əliyev saxlanılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 146